Dünya futbolu

“Barselona” yeni transferini təqdim etdi – RƏSMƏN

“Barselona” Braziliya yığmasının yarımmüdafiəçisi Paulinyonun keçidini həll edib. 

İdmanxeber.com-un məlumatına görə, Kataloniya klubu təcrübəli futbolçu ilə münasibətləri rəsmiləşdirib.

Tərəflər arasında 4 illik müqavilə imzalanıb. Daha sonra “Barsa” rəhbərliyi Paulinyonu ictimaiyyətə təqdim edib. “Sambaçı” yeni komandasında 15 nömrəli formanı geyinəcək.  Kataloniyalılar bu transferə görə Çinin “Quançjou Everqrand” klubuna 40 milyon avro ödəyiblər.
 
Qeyd edək ki, Paulinyo əvvəllər “Tottenhem” və “Korintians” klublarının uğurları üçün çalışıb.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43