Dünya futbolu

“Barselona”da ciddi itki: 6 həftə oynamayacaq

“Barselona”nın müdafiəçisi Havyer Maskerano dünən İspaniya kubokunun “Alaves”ə qarşı final matçında (3:1) zədə alıb.

Bu haqda klubun saytı məlumat yayıb. Dizindən zədələnən argentinalı futbolçunun 6 həftəlik sıradan çıxdığı bildirilib. Bundan baçqa, oyunun gedişatında Maskerano Markos Lyorente ilə toqquşub. Bu zaman başından qaç açılan futbolçu meydanı xərəkdə tərk edib.

Beləliklə, zədəsi səbəbindən Argentina millisinin üzvünün Braziliya (9 iyun) və Sinqapurla (13 iyun) yoxlama matçlarını buraxacağı dəqiqləşib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43