Dünya futbolu

“Barselona”da ciddi itki

“Barselona” ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, komandanın yarımmüdafiəçisi Rafinya Alkantara sıradan çıxıb. “Qranada” ilə oyunda dizindən zədələnən futbol 1 ay  yaşıl meydanlardan uzaq qalacaq.

Onun Çempionlar Liqasının 1/4 final mərhələsində “Yuventus”la oyunlarda çıxış etməyəcəyi dəqiqdi.

Bu mövsüm La Liqada “Barselona” ilə 18 oyunda meydana çıxan Rafinya 6 qola imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43