Dünya futbolu

“Barselona”da ciddi itkilər – “El-Klassiko” öncəsi

Martın 20-də “Real”la qarşılaşacaq “Barselona” “El-Klassiko” önccəsi ciddi itkilərlə üzləşib.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubunun heyətində Serjino Dest və Jerar Pike zədəlidi. Onlar Avropa Liqasının 1/8 final mərhələsində “Qalatasaray”la görüşdə zədələniblər.

Destin “Real”la oyunda oynamayacağı dəqiqdi. Ancaq Pikenin son durumuna bugün aydınlq gələcək.

Qeyd edək ki,  “Real” – “Barselona” görüşü Bakı vaxtı ilə 00:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43