Dünya futbolu

“Barselona”da Messi erası başa çatdı

Lionel Messinin “Barselona”dakı karyerası başa çatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflərin maliyyə məsələsində razılığa gələ bilmədiyi qeyd olunub.

“Barselona” akademiyasının yetirməsi olan Messi indiyədək yalnız bu klubda çıxış edib. O, Kataloniya klubunun heyətində keçirdiyi 778 oyunda 672 qol vurub, 305 məhsuldar ötürmə verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43