Kateqoriyasız

“Barselona”da Messi şoku

Argentina millisinin və "Barselona" hücumçusu Lionel Messi yenidən zədələnib.

İdmanxeber.com-un məlumatına görə, La Liqanın II turunda "Vilyareal"la görüşdə zədələnən argentinalı futbolçunun durumunun ciddi olub-olmamasına bu gün keçiriləcək tibbi müayindən sonra aydınlıq gələcək.

Qeyd edək ki, zədəyə baxmayaraq Messi "Vilyareal"la oyunda 90 dəqiqə meydanda olub. Görüş isə 1:0 hesabı ilə "Barselona"nın xeyrinə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43