Dünyadan

“Barselona”da şok üstünə şok – RƏSMİ

İspaniya Kral Kubokunun finalında “Real”a məğlub olan “Barselona” iki əsas heyət üzvünü itirib.

İdmanxeber.com-un məlumatına görə, Kataloniya klubunun braziliyalı futbolçusu Neymar və ispan Jordi Albad “kral” klubu ilə oyunda zədələnib. “Barselona2nın rəsmi saytının yaydığı xəbərə görə, Alba sağ ombanın ikibaşlı əzələsindən ciddi zədə alıb və azı 3-4 həftə yaşıl meydanlardan kənar qalacaq.

Braziliyalı Neymarın isə ayağında şiş aşkarlanıb və azı 1 ay müalicə alacaq. 

Bununla da hər iki futbolçu “Atletik” (Bilbao), “Hetafe”, “Vilyareal”, “Elçe” matçlarını buraxmalı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43