Dünya futbolu

“Barselona”da Valdesi əvəzləyəcək qapıçı bəlli olur

"Barselona"nın prezidenti Josep Mariya Bartomeu "Borussiya"nın (Münhenqladbax) qapıçısı Andre Ter Steqenlə maraqlandıqlarını təsdiqləyib.

O, Viktor Valdesin yerinə belçikalı qolkiperi komandaya gətirmək istədiklərini deyib:

"Bu barədə çox danışmayacam. O, maraq dairəmizdə olan futbolçulardandır. Ancaq təbii ki, başqa namizədlər də var".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43