Dünya futbolu

“Barselona”da “yarpaq tökümü”: 10 futbolçu göndərilir

Yayda “Barselona” 10-a yaxın futbolçusu ilə yollarını ayıracaq.

İdmanxeber.az-ın “AS’-a istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisində Ceyson Murilyo (“Velensiya”) və Kevin-Prins Boatenqi (“Sassuolo”) komandalarına geri qayıdacaq.

Bundan başqa İvan Rakitiç, Koutinyo, Tomas Vermalen, Rafinya Alkantara ilə yollarını ayırmağı düşünür. “Ayaks”ın müdafiəçisi De Laytın transferi baş tutarsa o zaman “Barsa” Umtitini də başqa bir komandaya satacaq.

Klub eyni zamanda yayda “Arsenal”dan komandaya qayıdacağı gözlənilən Denis Suaresi satışa çıxaracaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43