“Barselona” “Şalke”, “Hamburq” və “Betis”in sabiq müdafiəçisi Heiko Vestermannla anlaşıb.
İdmanxeber.az-ın məlumatına görə, 40 yaşlı çalışdırıcı Kataloniya klubunun məşqçilər korpusuna qoşulacaq. Vesterman indiyədək Kristian Uornsun rəhbərlik etdiyi Almaniya gənclər yığmasında baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.
O, Toni Tapaloviçlə birlikdə “Barsa”nın yeni məşqçilər korpusuna qoşulacaq.