“Barselona” və “Liverpul” arasında Luis Suaresin transferiylə bağlı danışıqların növbəti mərhələsi keçirilib. Tərəflər keçidin bütün detallarını həll ediblər.
İdmanxeber.com-un məlumatına görə, kataloniya klubu Suaresin transferi üçün qarşı tərəfə 90 milyon avro ödəyəcək. “Barsa” rəhbərliyi ulduz forvardın keçidinə görə daha öncə nəzərdə tutulduğu kimi Aleksis Sançesdən istifadə etməyəcək.