İdman

“Barselona”dan ayrıldı, “Everton”a keçdi

“Everton” növbəti transferi gerçəkləşdirib.

İdmanxeber.com-un məlumatına görə, İngiltərə təmsilçisi “Barselona”nın müdafiəçisi Luka Dini transfer edib. 25 yaşlı sol cinah müdafiəçisinin keçidi Premyer Liqa klubuna 23 milyon avroya başa gəlib. Din “mavilər”lə 5 illik müqavilə bağlayıb.

Qeyd edək ki, fransalı futbolçu 2016-cı ildə PSJ-dən 20,5 milyon avroya “Barselona”ya transfer olmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43