Dünya futbolu

“Barselona”dan “Bavariya”ya rədd cavabı

“Barselona” futbolçusu Usman Dembeleni “Bavariya”ya satmaqdan imtina edib.

İdmanxeber.az-ın məlumatına görə, Münhen klubu 22 yaşlı fransalı futbolçu üçün ispanlara 70 milyon avro təklif edib. Lakin Kataloniya klubu almanların bu təklifini rədd edib. “Barsa” Dembeleni 95 milyon avrodan aşağı satmayacağını bildirib.

Qeyd edək ki, 2017-ci ildə Dortmund “Borussiya”sından alınan Usman Dembele “Barselona”ya 125 milyon avroya başa gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43