Dünya futbolu

“Barselona”dan Dembeleyə yeni müqavilə

“Barselona” hücumçusu Usman Dembeleyə yeni müqavilə təklif edib.

İdmanxeber.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, kataloniyalılar fransalı vingerə 4 illik yeni müqavilə təklif edir.

Dembele 2017-ci ildən “Barselona”da çıxış edir.

26 yaşlı fransız bu mövsüm 33 oyuna çıxıb, 8 qol vurub və 7 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43