22 Oktyabr 2024
Dünyadan

“Barselona”dan flaş transfer həmləsi

İtaliya millisinin futbolçusu Corco Kyellinini dişlədiyi üçün dörd ay müddətinə futboldan uzaqlaşdırılan Uruqvay millisinin ulduz futbolçusu Luis Suares yeni mövsümdən etibarən karyerasını "Barselona"da davam etdirəcək.

İdmanxeber.com-un məlumatına görə, artıq tərəflər arasında bütün detallar razılaşdırılıb. 

İngiltərənin “The Mirror” qəzetinin verdiyi xəbərdə o da bildirilir ki, bu keçidə görə, "Barselona" "Liverpul"a 24 milyon funt-sterlinq ödəyəcək. Bundan əlavə, imzalanacaq müqaviləyə əsasən, “Barselona”nın hücumçusu Aleksis Sançesi də ingilislərə verəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43