Dünya futbolu

“Barselona”dan Mbappe üçün fantastik təklif

Kataloniya təmsilçisi fransalı ulduz oyunçu üçün PSJ-yə 150 milyon avro və Koutinyonu təklif etməyə hazırlaşır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Xəbərdə PSJ rəhbərliyinin Mbappeni satmağı düşünmədiyi bildirilsə də, “Barsa”nın Koutinyodan istifadə etməsi Paris təmsilçisinin fikrini dəyişdirə biləcəyi qeyd olunub.

Mbappe bu mövsüm Fransa çempinatında 12 matçda 13 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43