Dünya futbolu

“Barselona”dan rekord göstərici

“Barselona” cari mövsüm üçün Avropada ilkə imza atıb.

İdmanxeber.com-un məlumatına görə, bu, Kataloniya klubununn La Liqanın 34-cü turunda “Osasuna” ilə matçda qeydə alınıb. “Barselona” sözügedən qarşılaşmada bu mövsüm 101-ci qolunu vurub. Bu göstərici ilə “Barselona” Avropada cari mövsüm üçün 100 qol baryerini keçən ilk komanda olub.

Qeyd edək ki, “Barselona” “Osasuna”nı səfərdə 7:1 hesabı ilə məğlub edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43