Dünyadan

“Barselona”dan sürpriz addım: son anda imtina etdilər

“Barselona” kolumbiyalı futbolçu Xuan Kuadradonun transferindən imtina edib.

İdmanxeber.com-un məlumatına görə, Kataloniya klubu “Fiorentina”nın yarımmüdafiəçisinə təklif göndərməyəcəklərini açıqlayıb.

Hələ ki, bu imtinanın səbəbləri açıqlanmır.

Qeyd edək ki, “Barsa” Kuadrado üçün qarşı tərəfə 40 milyon avro təklif etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43