“Barselona”nın futbolçusu Mark Qui Avropa klublarının maraq dairəsindədi.
İdmanxeber.az-ın məlumatına görə, oyunçunu “Bavariya” və “Çelsi” transfer etmək niyyətindədi. Quinin müqaviləsində 6 milyon avro qarşılığında sərbəst qalacağı bildirilib.
İki klub da bu məbləği ödəməyə hazırdı.
Mark Qui “Barselona”nın yetirməsidir. Onun İspaniya nəhəngi ilə müqaviləsi gələn ilin yayında başa çatır.