29 Sentyabr 2024
Dünya futbolu

“Barselona”lı yeddi klubun hədəfində

“Barselona”nın futbolçusu Ansu Fati bir neçə klubun diqqət mərkəzindədir.

İdmanxeber.az “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı oyunçu ilə yeddi klub maraqlanır. Bunların içərisində ən israrlısı Almaniyanın “Bavariya” komandasıdır.  Bildirilir ki, Münhen təmsilçisi Kataloniya klubu ilə təmasa keçməyə hazırlaşır.

Bundesliqa klubu ilə yanaşı, İngiltərənin “Tottenhem”, “Arsenal” və “Mançester Yunayted” kimi klubları da ispaniyalının xidmətində maraqlıdırlar.

Fati cari mövsüm “Barselona”nın heyətində 30 matçda meydana çıxıb və 6 qol vurub. Futbolçunun aktivində 3 məhsuldar ötürmə var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43