Dünya futbolu

“Barselona”nı istəyirdi, “Arsenal” alır

“Barselona” “Atletiko Parananse”nin 18 yaşlı hücumçusu Vitor Rokeni əldən verə bilər.

İdmanxeber.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, “Arsenal” Braziliya millisinin oyunçusunu transfer etməyə yaxındır.

Futbolçunun özü də Kataloniya klubunda oynamaq istəsə də, atası və agenti Premyer Liqa təmsilçisi ilə müqavilə bağlamağa diqqət yetiriblər. 

Gənc oyunçu üçün daha yaxşı maaş təklif edən “Arsenal”ın yaxın günlərdə transferi rəsimiyyətə qovuşdurması gözlənilir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43