Dünya futbolu

“Barselona”nın çalışdırıcısı Azərbaycan klubundan danışdı

“Barselona” futzal komandasının məşqçisi Mark Karmona UEFA Kubokunun Dördlər finalı çərçivəsində komandasının rəqibi olacaq “Araz” haqda fikirlərini bildirib. Karmona bunları söyləyib:

“Püşkü normal qəbul edirəm. Bizim üçün kimə qarşı oynamağın xüsusi fərqi yox idi. Buna rəğmən, meydan sahibləri ilə oyun, həmişə çətin olub. Düşünürəm ki, biz finala çıxıb Kuboku Bakıdan aparmaq gücündəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43