Dünya futbolu

“Barselona”nın futbolçusu “Beşiktaş” yolunda

“Beşiktaş” “Barselona”da çıxış edən Kevin Prins Boatenqi transfer etmək istədir

İdmanxeber.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qara qartal” müqavilə ilə “Sassuolo”ya məxsus qanalı futbolçunun komandaya transferində maraqlıdır. Daha doğrusu Türkiyə təmsilçisi təcrübəli futbolçunu icarəyə götürməyi planlaşdırır.

İtaliya klubu ilə 2021-ci ilə qədər müqaviləsi olan Boatenq ötən mövsüm “Barsa”da sadəcə 4 oyunda meydana çıxa bilmişdi.

Hazırda tərəflər arasında danışıqlarına getdiyi bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43