Dünya futbolu

“Barselona”nın futbolçusu dünya çempionatını buraxa bilər

Uruqvay millisinin və “Barselona”nın futbolçusu Ronald Arauxo bu il Qətərdə keçiriləcək dünya çempionatını buraxa bilər.

İdmanxeber.az Kataloniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçi İrana 0:1 hesabı ilə uduzduqları yoldaşlıq matçının 5-ci dəqiqəsində sağ budundan zədələnib.

23 yaşlı futbolçu əməliyyat olunacaq. Kataloniya təmsilçisi Arauxonun bərpa dövrünün müddətini açıqlamayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43