29 Sentyabr 2024
Dünya futbolu

“Barselona”nın futbolçusu Premyer Liqa yolunda

İngiltərənin “Nyukasl” klubu heyətini gücləndirməyə planlaşdırır.

İdmanxeber.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi “Barselona”nın vingeri Rafinyanı transfer etmək nityyətindədir. Braziliyalı futbolçu komandanın transfer siyahısında ilk pillədədir.

Ötən mövsüm “Lids”dən “Barsa”ya keçən 26 yaşlı futbolçu əsas heyətdə çox az şans alır. O, Osman Dembelenin zədələnməsinin ardından son matçlarda oynamağ başlayıb.

Bu durumdan narahat olan oyunçunun özünün də Kataloniya klubundan ayrılmaq istədiyi bildirilir.

Rafinya bu mövsüm “Barselona”nın heyətində 34 oyunda 7 qol vurub və 9 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43