Dünya futbolu

“Barselona”nın futbolçusu “Qalatasaray”ın hədəfində

Türkiyənin “Qalatasaray” klubu ilə bağlı daha bir maraqlı iddia ortaya atılıb.

İddiaya görə, İstanbul klubu “Barselona”nın ulduz futbolçusu İbrahima Affelayı transfer etmək istəyir. 11 aylıq zədədən sonra komandası ilə birgə məşqlərə başlayan Affelaya türk klubu ilə yanaşı digər iddialı komandalar da “elçi düşüb”. “Qalatasaray” isə Affelayı daha çox icarəyə götürmək barədə düşünür.

Qeyd edək ki, PSV-dən “Barselona”ya gələn futbolçu son mövsümü “Şalke”də icarə əsasında keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43