Dünya futbolu

“Barselona”nın iki əsas futbolçusu bu axşamkı oyunu buraxacaq

“Barselona”nın baş məşqçisi Xerardo Martino bu axşam “Real Sosyedad”a qarşı oynayacaqları oyunda iki futbolçuya istirahət verəcək.

Belə ki, bu qarşılaşmada Neymar və Viktor Valdez çıxış etməyəcək. Argentinalı çalışdırıcı bu iki futbolçunun çox yükləndiyi üçün onlara  istirahət verib.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43