Dünyadan

“Barselona”nın israrı davam edir Kataloniya klubu 20 milyon təklif etdi, futbolçu razılaşdı, prezident qarşı çıxdı

“Barselona” İvan Rakitiç üçün növbəti dəfə “Sevilya”nın qapısını döyəcək.

İdmanxeber.com-un məlumatına görə, Kataloniya klubu bu dəfə bazar günü rəsmi şəkildə “Sevilya”ya müraciət edəcək. “Barsa” Avroliqanın son qalibi “Sevilya”dan Rakitiçi almaq üçün qarşı tərəfə 20 milyon avro ödəməyə hazırdı. 

Lakin “Sevilya”nın prezidenti Pepe Kastro xorvatiyalı futbolçunu katalonlara elə-belə qiymətə verməyə razı deyil. Məsələ burasındadır ki, Rakitiçin özü də “Barsa”ya getmək istəyir. Lakin Kastro Rakitiçi qarşı tərəfə daha bahalı qiymətə satmaq niyyətindədi. Bütün məsələlərə bazar günü aydınlıq gələ bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43