Dünya futbolu

“Barselona”nın kapitanı gedir

“Barselona”nın yarımmüdafiəçisi Sergi Roberto bu yay klubunu dəyişə bilər.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu ilə “Jirona” maraqlanır. Hazırda 32 yaşlı futbolçu Kataloniya rəhbərliyindən gələcəyi ilə bağlı qərar gözləyir.

Media futbolçunun maaşının azala biləcəyini yazıb. Daha əvvəl futbolçu ilə “Sevilya” və “Valensiya”nın da maraqlandığı bildirilirdi.

Ötən mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 24 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43