Dünya futbolu

“Barselona”nın müdafiəçisi klubdan ayrılır

“Barselona”nın müdafiəçisi Jordi Alba gələn mövsüm komandadan ayrıla bilər.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu “Atletiko”nun maraq dairəsindədi. Kataloniya təmsilçisi yeni mövsümdən oyunçunun maaşını 60 faiz azlatmaq niyyətindədir. 

Bu səbəbdən də Alba klubdan ayrıla bilər. 

34 yaşlı ispaniyalı 2012-ci ildən “Barselona”da çıxış edir. O, bu mövsüm La Liqada 22 oyuna çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun transfer qiyməti 5 milyon avrodur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43