Dünyadan

“Barselona”nın prezidenti: “Klubunu dəyişmək Messinin haqqıdır”

"Barselona"nın prezidenti Xosep Bartomeu "Mançester Siti"nin bəzi əməkdaşlarının Lionel Messini transfer etmək arzusuna münasibət bildirib.

İdmanxeber.com xəbər verir ki, katalon funksioner bunları deyib:

"Mançester Siti" tərəfdən Messi ilə bağlı atmacalar məni özümdən çıxarmır. Klubu dəyişmək istənilən futbolçu, o cümlədən Messinin haqqıdır. Onun "Barselona" ilə müqaviləsi 2018-ci ildə başa çatır. Messi digərlərini xeyli geridə buraxmaqla dünyada ən yaxşı futbolçudur. Bilmirəm, gələcəkdə nə olacaq. Amma həmişə çalışacağıq ona başa salaq ki, dünyanın ən yaxşı klubunda oynayır".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43