Dünya futbolu

“Barselona”nın prezidenti Xavidən danışdı

“Barselona”nın prezidenti Joan Laporto komandanın baş məşqçisi Xavinin mövsümün sonunda klubdan getmək qərarına cavab verib.

İdmanxeber.az-ın məlumatına görə, klub rəhbəri məsələyə qısa cavab verib: “Xavi “Barselona”nın əfsanəsidir. O, ləyaqətlə hərəkət edən vicdanlı insan və “Barselona”nı sevən adamdır”.

Xavi qərarını şənbə günü “Villarreal”a 3:5 hesablı məğlubiyyətdən sonra açıqlayıb. Şayiələrə görə, Laporta Xavini ayrılmaq qərarından çəkindirməyə çalışır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43