Dünya futbolu

“Barselona” prezidentindən Neymar açıqlaması

Bartomeu çıxan söz-söhbətlər son qoyub.

“Barselona” klubunun prezidenti Bartomeu Kataloniya radiosuna açıqlama edib. O, son günlərdə Neymarın yenidən Katalon təmsilçisinə qayıdacağı barədə çıxan xəbərlərə münasibət bildirib:

“Neymarı yenidən komandaya qaytarmaq kimi bir fikrimiz yoxdur. İndi heyətimizdə olan Dembele, Koutinyo və bütün komandanın oynama vaxtıdır. Neymarın ətrafından da mənə bu barədə hər hansı bir müraciət olmayıb”.

Qeyd edək ki,  son bir neçə gündür Fransa mətbuatında Neymarın “Barselona” rəhbərliyinə yenidən oraya qayıtmaq üçün müraciət etdiyi barədə xəbərlər dərc olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43