Dünya futbolu

“Barselona”nın Qavi problemi

“Barselona” transfer pəncərəsi bitməmiş Qavi ilə yeni müqavilə imzalamağı planlaşdırır.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu daha öncə futbolçu ilə 2026-cı ilə qədər müqavilə bağladığını açıqlasa da, maliyyə şərtlərini pozduğu üçün bunu rəsmiləşdirə bilməyib.

La Liqa rəhbərliyi Qavi ilə imzalanan sözləşmənin iqtisadi tələblərə cavab vermədiyini bildirib.

Bu səbəbdən də “Barselona” gənc oyunçu ilə yanvarın sonuna qədər yeni müqavilə imzalamaq niyyətindədir. Yerli mətbuat rəhbərliyin qarşıdakı ən əsas məqsədinin hazırda bu olduğunu yazıb.

18 yaşlı yarımmüdafiəçi La Liqada cari mövsüm 17 oyunda forma geyinib və 2 assist edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43