“Barselona”nın sabiq üzvü Simao Sabroza futbolçu karyerasını Hindistanda davam etdirəcək.
İdmanxeber.com-un məlumatına görə, “Sportinq”, “Barselona”, “Benfika”, “Atletiko”, “Beşiktaş” kimi komandalarda top qovmuş yarımmüdafiəçi bu ölkənin “Nort İst Yunayted” klubu ilə müqavilə imzalayıb.
35 yaşlı futbolçu transferlə bağlı bunları deyib:
“Yeni bir macəraya başlayıram. Hindistan zəngin mədəniyyətə sahib mükəmməl ölkədir. Bura da qazanaq üçün gəlmişəm”.