Kateqoriyasız

“Barselona”nın sabiq futbolçusu “Sabah”da – Video

“Sabah” yeni transferini təqdim edib.

Bakı təmsilçisi ispaniyalı yarımmüdafiəçi Xuan Kamaranın keçidini “Feysbuk” və “Youtube” kanalı vasitəsilə açıqlayıb. Müqavilənin detalları barədə məlumat verilməyib.

“Barselona”nın sabiq futbolçusu yeni klubunda17 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, X.Kamara “Sabah”a “Yagelloniya”dan (Polşa) keçib. O, ötən mövsümün ikinci hissəsini icarə əsasında “Universitatya”da (Rumıniya) oynayıb.

Xatırladaq ki, X.Kamara 2014-2018-ci illərdə “Barselona”ya məxsus olub. 27 yaşlı oyunçu 2014-2016-cı illərdə klubun B komandasında çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qarabağ”ın ilk rəqibi “Arsenal” oldu

admin

Elmar Baxşıyev: “Ruhdan düşmürük”

admin

“Neftçi” “Arsenal”ı məğlub etdi – Yenilənib

admin