İdman

“Barselona”nın sabiq futbolçusu vəfat etdi – FOTO

İspaniya futbolunun yetişdirdiyi ən güclü hücumçulardan biri dünyasını dəyişib.

İdmanxeber.com-un məlumatına görə, bu 68 yaşlı Enrike Kastrodu. “Quini” ləqəbli sabiq futbolçu ürək çatışmazlığından vəfat edib. 

Qeyd edək ki, Kastro “Sportin Xixon” forması  ilə 443 matçda 231 dəfə rəqib qapılarına yol tapmağı bacarıb. O, “Barselona”da 100 görüş keçirib və 54 dəfə fərqlənməyə nail olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43