28 Sentyabr 2024
Dünya futbolu

“Barselona”nın sabiq qapıçısı “Las Palmas”a keçib

“Barselona”nın sabiq qapıçısı Jasper Killessen “Las Palmas” klubuna keçib.

İdmanxeber.az-ın məlumatına görə, oyunçu ilə 2 illik müqavilə bağlanıb. 35 yaşlı niderlandlı 2016-2019-cu illərdə “Barselona”nın qapıçısı olub. Daha sonra 2022-ci ilin yayına qədər “Valensiya”da çıxış edib.

Killessen millidə 65 oyun keçirib.

Ötən mövsüm “Las Palmas” İspaniya çempionatında 16-cı yeri tutmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43