Dünyadan

“Barselona”nın ümidini puç edən ata açıqlaması

“Barselona”nın transfer etmək istədiyi Kun Aqueronun atası oğlunun Kataloniya klubuna mümkün keçidindən danışıb.

İdmanxeber.com-un məlumatına görə, Aqueronun atası Leo Der Kastillo oğlunun “Barselona”ya keçəcəyi təqdirdə çox sevinəcəyini bildirib.

Lakin Kastillo bildirib ki, “Mançester Siti” böyük ehtimalla Aqueronu burxamaycaq. Çünki Mançester klubu argentinalı forvardla yola davam etmək istəyir.

Qeyd edək ki, Aqueronun Mançester təmsilçisi ilə 2017-ci ilə kimi müqaviləsi var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43