“Yuventus” “Palermo”nun futbolçusu Paulo Dibalanın keçidini rəsmiləşdirib.
İdmanxeber.com-un Turin klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, “qoca sinyora” argentinalı hücumçu ilə 5 illik müqavilə imzalayıb.
Forvardın transferi üçün “Yuventus” 32 milyon avro “tərləməli” olub.
Qeyd edək ki, Dibala bu mövsüm İtaliya A seriyasında oynadığı 34 matçda 13 qol vurub