Ölkə futbolu

Baş məşqçi AFFA ilə razılaşmadı: “Hakimə heç bir fiziki təzyiq olmayıb”

“Səbail 2” komandasının futbolçusu Murad Məmmədov ötən tur  “Zaqatala” ilə qarşılaşmada hakimi vurduğu üçün AFFA Nizam- İntizam Komitəsi tərəfindən 5 oyun cəzalandırılıb. Məsələyə münasibət bildirməsi üçün komandanın baş məşqçisi Siyasət Əsgərovla əlaqa saxladıq. S.Əsgərov İdmanxeber.az saytına etdiyi açıqlamada oyunçunun hakimə qarşı hər hansı bir fiziki təzyiqinin olmadığını bildirdi:

“Futbolçum qırmızı vərəqə alıb meydanı tərk edərkən yan xətt hakiminə kəskin etiraz etdi. Biz də bunun yanlış olduğunu və qərar verildikdən sonra etiraz etməyin yersiz olduğunu bilirik. Hətta oyunçunun özünə də bu barədə məlumat verib onu cəzalandırmışıq. Onu 19 yaşlardan ibarət komandaya yollayıb bir müddət orada məşqlərə davam etməsini bildirmişik.  Ancaq açığı deyim ki, 5 oyunluq bir cəza gözləmirdik. Çünki orada qeyd olunduğu kimi futbolçu hakimə qarşı heç bir fiziki təzyiq göstərməyib. Sadecə kəskin şəkildə etiraz edib. Lakin biz bu qərara etiraz etməyəcəyik. İstəyirik ki, verilən bu cəza ona dərs olsun və birdə bu cür işlər görməsin”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43