Dünya futbolu

Baş məşqçi Nazarovdan danışıb: “Onun son zərbələrdə bəxti gətirmir”

“Erzgebirge”nin baş məşqçisi Daniel Meyer  Dmitri Nazarov haqda danışıb.

İdmanxeber.az-ın məlumatına görə, baş məqşçi millimizin oyunçusunun son həftələrdə çox yaxşı məşq etdiyini deyib:

“Ancaq son zərbələrdə bəxti gətirmir. Ümid edirəm ki, o, Azərbaycan millisinin heyətində qarşıdakı iki oyunda uğurlu çıxış edəcək”.

Qeyd edək ki,  D.Nazarov UEFA Millətlər Liqasında Farer adaları və Kosovo yığması ilə oyunlar üçün hazırda millimizin heyətindədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43