Dünya futbolu

Baş məşqçidən Messi qərarı

PSJ-nin hücumçusu Lionel Messi Fransa çempionatının 35-ci turunda “Ayaçço” ilə matçda meydanda olacaq.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Kristof Qaltye açıqlama verib. O bildirib ki, argentinalı oyuna hazırdır və olduqca yüksək səviyyədə görüşə hazırlanıb.

Xatırladaq ki, PSJ 35 yaşlı futbolçunu Səudiyyə Ərəbistanına icazəsiz getdiyi üçün iki həftəlik heyətdən uzaqlaşdırmışdı. Argentinalı kklubdan icazəsiz ayrıldığı üçün üzr istəyib və komanda ilə məşqlərə bir həftə öncə qoşulub

PSJ mayın 13-də öz meydanında “Ayaçço” ilə qarşılaşacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43