İdman

Baş məşqçi Xama Billiatın “Qarabağ”a mümkün keçidi haqda danışdı

Cənubi Afrika Respublikasının (CAR) “Mamelodi Sandaunz” klubunun baş məşqçisi Pitso Mosimane “Qarabağ”a keçidi gözlənilən futbolçu Xama Billiatın komandadan ayrılma variantına münasibət bildirib. 

İdmanxeber.com-un məlumatına görə, bu barədə 53 yaşlı mütəxəssis ESPN-ə açıqlama verib. O deyib ki, Leonardo Kastro, Kiqan Dolli və Billiatdan ibarət, CBD adlandırılan təhlükəli oyunçular “trio”sundan komandada hazırda yalnız sonuncusu qalıb. Mosimane “Sandaunz”un yenə zirvədə qalacağına və onlarsız da qalib gəlmələrinin mümkünlüyünə əmin olmalarının vacibliyini vurğulayıb: “CBD bu mövsüm oynamayıb. Amma komandamız yenə liderdir. Yeni transferimiz Qaston Sirinonu isə gələcək üçün nəzərdə tutmuşuq. Uruqvaylı forvardla bağlı da kombinasiya fikirləşə bilərik”.

Qeyd edək ki, Xama Billiat “Qarabağ”la yanaşı, CAR-ın “Orlando Payrats” klubunun da maraq mairəsindədir. Azərbaycan klubunun 2,5 milyon dollarlıq transfer məbləğini aşağı salmaq üçün “Mamelodi Sandaunz”la danışıqlar apardığı, futbolçunun özünə isə ayda 80 min manatadək maaş təklif etdiyi bildirilir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43