16 Sentyabr 2024
İdman

Basketbol üzrə Azərbaycan Kubokunun püşkü atıldı

Basketbol üzrə Azərbaycan Kubokunun püşkü atılıb.

İdmanxeber.az xəbər verir ki, 10 komanda beş iştirakçıdan ibarət iki qrupa bölünüb.

A qrupunda “Neftçi”, “Xəzri”, “Cəlilabad”, “Xırdalan” və “Sumqayıt”, B qrupunda “Sabah”, “Gəncə”, “NTD-İndiqo”, “Sərhədçi” və “Şəki” yer alıblar.

Komandalar bir-biriləri ilə dairəvi sistemlə oynayacaqlar. Qruplarda ilk iki yeri tutanlar yarımfinala vəsiqə qazanacaqlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43