17 Oktyabr 2018
Ölkə futbolu

BATE-nin baş məşqçisi; “Qarşımıza qoyduğumuz məqsəd qrupa düşməkdir.”

“Qarabağ” təcrübəli və keyfiyyətli komandadır. Son illər avrokuboklarda qrup mərhələsində çıxış edib. Komandaya Qurban Qurbanov kimi təcrübəli mütəxəssis rəhbərlik edir. Kiminlə oynadığımızı yaxşı bilirik. Şansların bərabər olduğunu düşünürəm”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Belarusun BATE klubunun baş məşqçisi Aleksey Baqa Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la Bakıda keçirəcəkləri ilk oyundan əvvəl keçirilən mətbuat konfransında deyib. 37 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını  cavablandırıb.

– Son həftələrdə komandanız uzaq səfərlər edib. Bu işinizə mənfi təsir edəcək?

– Avrokuboklarda çıxış edən hər bir komanda bu cür şərtlərə hazır olmalıdır. BATE Finlandiyadan gəlsə də, bu, bizə problem yaratmayıb.

– BATE HİK-lə görüşdə yaxşı çıxış etmədi. Bu, rəqibi qiymətləndirməməklə bağlı idi, yoxsa öz oyunuzu nümayiş etdirə bilmədiniz?

– Hər ikisini qeyd edərdim. Evdə qolsuz heç-heçə qeydə alındı. Səfərdə isə 2 qol vuraraq mərhələni adladıq.

– “Qarabağ”ın kapitanı Rəşad Sadıqov deyib ki, ilk matçı Bakıda keçirmək BATE üçün üstünlükdür. Bununla razısınız?

– Bunu demək çətindir. Bizim də ilk matçı evdə keçirdiyimiz vaxtlar olub. Lakin “Qarabağ”ın kapitanı ilə razılaşmamaq mümkün deyil. Çünki təcrübəli futbolçudur.

– “Qarabağ”ın ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi hansı oyunları izləmisiniz?

– Hamısını. İşimiz budur.

– Pro kurslarında Aftandil Hacıyev və Ayxan Abbasovla bir yerdə olmusunuz. Onlardan hansısa məlumat almısınız?

– Təbii ki, əlaqə saxlamışam. Amma tam başqa mövzuda. Onlar mənə hədiyyə gətirmişdilər. Bununla bağlı məsələdir.

– Bakıda sizi hansı nəticə qane edir?

– Oyuna ciddi hazırlaşmışıq. İstənilən müsbət nəticə bizim üçün məqbuldur.

– Cütün qalibi “Qarabağ” olmasa, bizim üçün sürpriz sayılacaq. Bəs siz keçə bilməsəniz, bunu faciə kimi qəbul edəcəksiniz?

– Təbii ki, uğursuzluq olacaq. Qarşımıza qoyulan məqsəd bacardıqca irəli getmək və qrupa düşməkdir.

– Pley-off mərhələsində PSV-nin düşməsi motivasiyanıza mənfi təsir etmədi ki?

– Bu barədə danışmaq tezdir. Hazırda yalnız “Qarabağ” haqqında düşünürük.

– Azərbaycandan fərqli olaraq, Belarusda çempionat başlayıb. Bu sizin üçün üstünlükdür?

– “Qarabağ” yaxşı təlim-məşq toplanış keçib. Həmçinin avrokubokda 4 oyun keçirib. Bu həftə çempionat da start götürəcək. Komandaların hansı çempionatda iştirak etdiyini nəzərə alsaq, avrokubok görüşlərinin tam fərqli atmosferdə keçəcəyini söyləyə bilərəm (Report)

Oxşar xəbərlər

“Sumqayıt” – “Əl Xalij” matçı – VİDEO

admin

AZAL-dan 6 rəsmi transfer

admin

“Qəbələ” “Neftçi” üçün belə hazırlaşır – FOTO

admin