Belarusiyalı qələbədən danışdı.
İdmanxeber.az-ın məlumatına görə, Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ” doğma meydanda BATE Borisova 0-1 hesabı ilə məğlub olub.
Oyunun ardından qonaqların baş məşqçisi Aleksey Baqa qazandıqları qələbədən danışıb. O, ikinci qolu da vurmaq istədiklərini bildirib:
” Hələlik turun taleyi barəsində nəsə demək çətindir. Qolu vurduqdan sonra meydan sahibləri üzərimizə gələrək, təzyiqi artırdı. Biz isə ikinci qolu vurmaq istəyirdik. Düşünürəm ki, qarşılaşmada hesabı açmağımız həlledici oldu. Unutmayaq ki, daha bir çətin qarşılaşma bizi gözləyir”.