Dünya futbolu

BATE-nin futboçusu: “Bizə qarşı çox sərt oynayırdılar”

“Qarabağ” Çempionlar Liqasında mübarizə dayandırdı.

İdmanxeber.az-ın məlumatına görə, UEFA Çempionlar Liqasının 3-cü mərhəlisinin cavab qarşılaşmasında BATE ilə “Qarabağ” qarşı-qarşıya gəlib. Oyundan sonra Belarus təmsilçisinin 30 yaşlı müdafiəçisi Eqor Flipenko mətbuata açıqlama verib. O, turu keçdikləri üçün çox şad olduqlarını bildirib:

“”Qarabağ”ın azlıqda qalması bizə çox kömək etdi. Bəli, razıyam ki, İnnosent Emeqaranın qovulmasında bizim baş hakimdən tələbimizin də rolu oldu. Bizə qarşı çox sərt oynayırdılar. Digər tərəfdən, hər şey ədalətlidir. Oyunçu sərt oynadı və ona ikinci sarı vərəqə verildi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43