Ölkə futbolu

BATE-nin oyunçusu: “Gözəl qol vurdum”

“Qarabağ”ın əla məşqçisi var”.

İdmanxeber.az-ın məlumatına görə, Çempionlar Liqasının III təsnifat mərhəlisinin ilk oyununda BATE “Qarabağ”ı 0-1 hesabı ilə məğlub edib. Qarşılaşmanın ardından oyunda yeganə qolu vuran Stanislav Draqun görüş haqda fikirlərini bölüşüb. O, daha bir 90 dəqiqəlik ağır mübarizənin onları gözlədiyini bildirib:

” Qarşıda bizi yeni bir 90 dəqiqəlik ağır mübarizə gözləyir. Oyuna yaxşı başladıq. Rəqib müdafiədə səhv etdi və komanda yoldaşım topu ələ keçirərək mənə ötürdü. Mən də gözəl qol vurdum. Futbolda belə səhvlərə rast gəlinir. Əhvalımız yaxşı olsa da, hələ heçnə bitməyib. “Qarabağ”ın yaxşı futbolçuları və əla məşqçisi var”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43