Dünya futbolu

BATE-nin prezidenti vəfat edib

Belarusun BATE klubunun prezidenti Anatoli Kapski dünyasını dəyişib.

52 yaşlı klub prezidenti uzun müddətdir mübarizə apardığı xərçəng xəstəliyinə qalib gələ bilməyib. BATE-nin sahibi bir neçə dəfə əməliyyat olunsa da, xəstəliyə çarə olmayıb. O, 2013-cü ildə Litvanın Vilnüs şəhərində ürəyindən çox mürəkkəb əməliyyat olunub və 3 gün komanda qalıb.

Qeyd edək ki, BATE bu mövsüm Çempionlar Liqasında Azərbaycanın “Qarabağ” klubuna rəqib olub


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43